“Barselona” Niko Uilyamsın transferindən imtina etdi
“Barselona” artıq “Atletik”nun hücumçusu Niko Uilyamsın xidmətində maraqlı deyil.
Msport.az “Mundo Deportivo” nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubunun prezidenti Joan Laporta forvardı transfer etmək fikrindən daşınıb.
Buna futbolçunun ötən yay “Barselona”ya keçmək istəməməsi səbəb olub. Həmin vaxt Uilyams klubun onu qeydiyyatdan keçirə bilməyəcəyindən ehtiyat etdiyi üçün təklifə “yox” deyib.
Əvəzində Laportanın “Liverpul”un hücumçusu Luis Diası almaq istədiyi iddia olunur. Funksioner kolumbiyalı futbolçunun oyununu çox bəyənir.