featured-image-64247

Səudiyyə Ərəbistanının üç klubu “Barselona” rəhbərliyi ilə görüşərək katalonların 4 futbolçusunun mümkün transferini müzakirə edib.

Msport.az xəbər verir ki, bunlar “Əl-Nəsr”, “Əl-Hilal” və “Əl-İttihad”dır.

“Əl-Hilal” İspaniya nəhənginin aparıcı oyunçusu Rafinyaya ciddi maraq göstərir. Braziliyalı isə klubu ilə yeni müqavilə barədə danışıqlar aparır. Lakin tərəflər sözləşmənin müddəti və maaş məsələsində razılığa gələ bilmirlər.

“Əl-Nəsr” müdafiəçilər Ronald Arauxo və Jül Kundeni heyətinə qatmağı düşünür.

“Əl-İttihad” isə yarımmüdafiəçi Frenki de Yonqu istəyir. Adıçəkilən klub artıq neçə aydır bu transferi həyata keçirməyə çalışır.

Bənzər xəbərlər