"Barselona"nın baş məşqçisi: "Ansu Fati satılmır"
“Barselona”nın baş məşqçisi Xavi bildirib ki, klub Ansu Fatini satmaq niyyətində deyil.
Msport.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssis gənc futbolçuya çox bel bağladığını deyib:
“Fati satılmır. Hazırda elə bir oyunçumuz yoxdur ki, sata bilək. Başa düşmürəm, “pəncərə” bağlandıqdan sonra Fatinin satışından və transferlərdən niyə danışırıq. Bizim üçün fundamental oyunçudur, ona çox ümid bəsləyirəm və ən əsası inanıram. O, indinin və gələcəyin oyunçusudur Ansuya deyirəm ki, ondan gözləntimiz çoxdur. Bir qədər səbrli davranıb öz üzərində işləməlidir”.
Bir müddət əvvəl KİV-də belə məlumat yayılmışdı ki, bəzi klubların nümayəndələri forbardın transferi ilə bağlı meneceri ilə təmasa keçiblər. 20 yaşlı futbolçu bu mövsüm La Liqada 20 matçda 3 qol vurub və 3 məhsuldar ötürmə verib.
ANAR ABDULLAYEV







