featured-image-48506

“Barselona”nın baş məşqçisi Xavi cəzaya məruz qalıb. Msport.az xədbər verir ki, UEFA Kataloniya klubunun çalışdırıcısını 2 oyunluq diskvalifikasiya edib.

Xavi Çempionlar Liqasının 1\4 final mərhələsinin PSJ ilə cavab oyununda (1:4) qırmızı vərəqə almışdı.

“AS”ın yazıdığına görə, yarımmüdafiəçi Serxi Roberto da eyni cəzaya məruz qalacaq. O, Paris klubu ilə görüşdə meydana çıxmasa da, hakimlə mübahisə etmişdi.

Bundan başqa, “Barselona” 60 min avro cərimə edilib.

Bənzər xəbərlər