featured-image-49026

İspaniyanın “Barselona” klubunun yay transfer dönəmində əsas hədəfi bəlli olub.

Msport.az xəbər verir ki, bu barədə “Sport.es” nəşri məlumat yayıb.

Kataloniya təmsilçisi “Atletik” (Bilbao) komandasında çıxış edən Niko Uilyamsı heyətinə qatmaq niyyətindədir. 21 yaşlı vinger klubun prioritet transfer hədəfidir. İdman direktoru Deko artıq oyunçunun agenti ilə əlaqə saxlayıb və bu keçidin reallaşması üçün mümkün olan hər şeyi edəcəklərini bildirib.

Qeyd edək ki, Uilyams cari mövsüm 37 oyunda 8 qol və 17 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər