featured-image-60283

İspaniyanın “Barselona” komandası itki ilə üzləşib.

Msport.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

Kataloniya təmsilçisinin yarımmüdafiəçisi Daniel Olmo zədələnib. 26 yaşlı oyunçu La Liqanın 20-ci turunda “Xetafe” ilə matçda (1:1) sıradan çıxıb. O, tibbi müayinədən keçib. Olmonun ən az 10 gün yaşıl meydanlardan kənarda qalacağı müəyyənləşib.

Beləliklə, Daniel Çempionlar Liqasında “Benfika”ya (21 yanvar) və La Liqada “Valensiya”ya (26 yanvar) qarşı keçiriləcək oyunları buraxacaq.

Qeyd edək ki, bu mövsüm Olmo 18 oyun keçirib, 6 qol vurub və 3 qolun ötürməsini verib.

Bənzər xəbərlər