“Barselona”nın futbolçusu “Ayaks”a keçə bilər
İspaniyanın “Barselona” klubunun futbolçudu Ansu Fati karyerasını Niderlandda davam etdirə bilər.
Msport.az xəbər verir ki, 22 yaşlı hücumçu “Ayaks”ın maraq dairəsinə düşüb.
Kataloniya təmsilçisinin rəhbərliyi də forvardının gedişində maraqlıdı. Fati bu mövsüm cəmi 186 dəqiqə meydanda olub. Ancaq İspaniya millisinin üzvü Niderland klubu üçün yeganə hədəf deyil. Amsterdamlılar “Reyncers”dən Rabbi Matondo, “Qo Ehed İqlz”dan Oliver Edvardsen və “Vulverhempton”dan Karluş Borjeşlə də danışıq aparır.
Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Ansu Fati 2019-cu ildən əsas komandada yer alır.