featured-image-59722

İspaniyanın dörd klubu “Barselona”nın futbolçusu Ansu Fatini heyətinə qatmaq istəyir.

Msport.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Kataloniya təmsilçisində çox forma şansı əldə etməyən 22 yaşlı oyunçu böyük ehtimalla bu ay icarəyə göndəriləcək. Onunla “Sevilya”, “Valensiya”, “Betis” və “Jirona” danışıq aparır.

Qeyd edə ki, Fatinin “Barselona” ilə sözləşməsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Bənzər xəbərlər