“Barselona”nın futbolçusu İspaniyada klubunu dəyişir
“Barselona” klubunun futbolçusu Pablo Torre İspaniyada klubunu dəyişə bilər.
Msport.az xəbər verir ki, “Tribalfootball”a istinadən xəbər verir ki, “Xetafe” 21 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq niyyətindədir.
Qeyd edək ki, Pablo Torre 2022-ci ildə “Barselona”nın əsas komandasına cəlb edilib. O, bu vaxtadək Kataloniya təmsilçisi ilə 7 Liqa Liqa matçına çıxıb.