“Barselona”nın futbolçusu klubda qalmağa qərar verib
Almaniya millisinin futbolçusu İlkay Gündoğan bu yay İspaniyanın “Barselona” klubundan ayrılmaq niyyətində deyil.
Msport.az “Mundo Deportivo” nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçinin nümayəndələri bununla bağlı Kataloniya təmsilçisinin rəhbərliyinə məlumat veriblər.
Qeyd edək ki, İ.Gündoğan Qətərin “Əl-Sədd” klubundan 3 illik müqavilə təklifi alıb. Onun “Barselona” ilə anlaşmasının müddəti 2025-ci ilə qədərdir.