featured-image-21048

Madrid “Atletiko”su heyətini yeni futbolçu ilə gücləndirib.

Msport.az xəbər verir ki, paytaxt klubu “Barselona”nın hücumçusu Memfis Depayı heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər 2.5 illik müqaviləyə imza atıblar.

“Atletiko” “bu transferə görə “Barselona”ya 3 milyon + 1 milyon avro bonus ödəyəcək.

2021-ci ildən “Barselona”da çıxış edən Depay, bu mövsüm meydana çıxdığı 4 oyunda cəmi 1 qol vurub.

Bənzər xəbərlər