“Barselona”nın futbolçusu sıraya döndü
“Barselona”nın futbolçusu Ronald Arauxo sıraya dönüb.
Msport.az xəbər verir ki, uzun müddətdir yaşıl meydanlardan kənarda qalan müdafiəçi zədəsini sağaldıb.
Uruqvaylı futbolçunun adı Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda sabah “Borussiya” (Almaniya) ilə keçiriləcək oyunun sifariş ərizəsinə daxil edilib.
Qeyd edək ki, Arauxo Uruqvay millisinin heyətində Braziliya ilə görüşdə zədələnmişdi.