“Barselona”nın futbolçusu üçün 50 milyon avroluq təklif
İspaniyanın “Barselona” klubunun futbolçusu Frenki de Yonq karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Msport.az xəbər verir ki, bu barədə “El Nacional” nəşri məlumat yayıb.
“Əl-İttihad” niderlandlı yarımmüdafiəçi ilə maraqlanır. Klub oyunçu üçün 50 milyon avro ödəməyə hazırdır. Futbolçu ilə bağlı qərarın yaxın zamanda veriləcəyi gözlənilir.
Qeyd edək ki, Frenki de Yonq bütün turnirlərdə Kataloniya təmsilçisinin heyətində 16 oyun keçirib, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.