“Barselona”nın futbolçusunun almacıq sümüyünda sınıq
İspaniyanın “Barselona” klubunun futbolçusu Ronald Arauxonun almacıq sümüyünda yüngül sınıq olub.
Msport.az “Sport.es” nəşrinə istinadən xəbər verir ki, hadisə “Atletiko”ya 1:0 hesabı ilə qalib gəldikləri matçda baş verib.
24 yaşlı mərkəz müdafiəçisi üzündən zədə alsa da, oynamağa davam edib.
Uruqvaylı oyunçunun dekabrın 10-da “Jirona” ilə qarşılaşmada meydanda olacağı gözlənilir.