“Barselona”nın hücumçusu Braziliya klubu ilə anlaşdı
“Barselona”nın hücumçusu Vitor Roke Braziliyaya qayıdır.
Msport.az xəbər verir ki, “Betis”də icarə əsasında çıxış edən 19 yaşlı forvard “Palmeyras”a keçir.
Klublar arasında artıq razılıq əldə olunub. İspaniya nəhəngi 25,5 milyon avro sabit məbləğ və daha 5 milyon bonus alacaq. “Barsa” Braziliyada “transfer pəncərəsi” bağlanacaq həftəsonuna qədər futbolçunun “Betis”lə icarə müqaviləsini ləğv etməyə çalışır.
Qeyd edək ki, Vitor Roke bu mövsüm La Liqada 22 oyun keçirib, 4 qol vurub.