“Barselona”nın idman direktoru Messinin qayıdışından danışıb
“Barselona”nın idman direktoru Yordi Kroyff Lionel Messinin komandaya qayıtmaq ehtimalını dəyərləndirib. Msport.az “Marca”ya istinadən xəbər verir ki, əfsanəvi Yohan Kroyffun oğlu argentinalı futbolçu ilə bağlı belə deyib:
“Messi bütün “Barselona” azarkeşlərinin gözündə əfsanədir. Lakin biz öz oyunlarımızı düşünməliyik. Leo başqa klubla müqaviləsi olan, titullar uğrunda müvarizə aparan fövqəltəbii futbolçudur. Əgər bizim müqaviləsi başa çatan xüsusi oyunçumuz digər klublar haqqında danışsaydı, çox məyus olardıq”.
Qeyd edək ki, argentinalı hücumçunun PSJ ilə müqaviləni uzatmayacağı barədə söhbət yayılıb.
ANAR







