featured-image-46061

İspaniyanın “Barselona” klubunun iki futbolçusu karyerasını Fransada davam etdirə bilər.

Msport.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, PSJ Jul Kunde və Hektor Fort ilə maraqlanır.

Paris təmsilçisinin skautları artıq Kataloniya klubunun rəsmiləri ilə görüşüblər.

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Fort 2023-cü ilin dekabrında əsas komandada debüt edib. Kunde isə 2022-ci ildən kataloniyalıların formasını geyinir.

Bənzər xəbərlər