featured-image-62345

“Barselona” bu mövsüm “Spotify Kamp Nou” stadionua qayıtmayacaq.

Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano paylaşım edib.

Onun sözlərinə görə, komandanın doğma arenasına dönüşü ləngiyəcək. Bunun növbəti mövsümün əvvəlində baş verməsi də çətin görünür.

Qeyd edək ki, “Barselona” “Kamp Nou”nun yenidən qurulması ilə əlaqədar 2023-cü ildən ev matçlarını Olimpiya Stadionunda keçirir.

Bənzər xəbərlər