“Barselona”nın liderlərindən biri komandanı tərk etmək istəyir
“Barselona”nın liderlərindən biri İlkay Gündoğan komandanı tərk etmək istədiyini bildirib. Msport.az xəbər verir ki, Almaniya millisinin üzvü bu barədə artıq məşqçilər korpusunu xəbərdar edib. Klub rəhbərliyi türk əsilli futbolçunu satmağın əlehinə deyil.
İlkayın adı İspaniya çempionatının I turunun “Valensiya” ilə oyununda (2:1) iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, bir müddət əvvəl təcrübəli oyunçu Türkiyə çempionatında oynamaq istəyini dilə gətrsə də, bu yay baş tutmayacaq.
Gündoğan Kataloniya klubuna 2023-cü ilin yayında keçib. Onun “Barselona” ilə müqaviləsi 2025-ci ilin yayına kimidir.