featured-image-67541

“Barselona”nın ev oyunlarını keçirdiyi “Nou Kamp”a qayıdışı yenidən təxirə salınıb.

Msport.az xəbər verir ki, arenada 2022-ci ildən yenidənqurma işləri başlayıb.

Qayıdış daha əvvəl 2024-cü ilin payızına, daha sonra 2025-ci ilin aprelinə, bir müddət əvvəl isə bu ilin avqustuna planlaşdırılırdı. Barselona Şəhər Şurası arenaya baxış keçirib və müəyyən çatışmazlıqlar tapıb. Bu səbəbdən stadiona lisenziya verilməsi yubadılır.

“Barselona”nın 2026-cı ilə qədər “Kamp Nou”ya qayıtmayacağı qeyd edilir. Klub ev oyunlarını Olimpiya Stadionunda keçirir.

Bənzər xəbərlər