featured-image-23898

“Barselona”nın futbolçusu Rafinyanın necə zədələnməsi məlum olub.

Msport.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, braziliyalı vinger Avropa Liqasının “Mançester Yunayted”lə 1\16 final görüşündə (2:2) əvəzləndikdən sonra buna kəskin reaksiya verib. 30 yaşlı futbolçu 83-cü dəqiqədə meydandan alındıqdan sonra ehtiyat oyunçular skamyasında yumruğu ilə kresloya zərbə endirib. Bundan başqa, içində su saxlanılan buz dolabına ayağı ilə zərbə vurub.

Dizində ağrı hiss edən Rafinya La Liqada “Kadis”lə oyunda (2:0) start heyətində yer ala bilməyib.

ANAR ABDULLAYEV  

 

Bənzər xəbərlər