"Barselona"nın paylaşımı qalmaqal yaratdı - Müsəlman dünyası etiraz edir - FOTO
“Barselona”nın sosial şəbəkədə LGBT-yə dəstək olaraq göyqurşağı rəngli bayraq paylaşması ciddi narazılığa səbəb olub.
Msport.az xəbər verir ki, Kataloniya klubunun müsəlman dünyasından olan bir çox azarkeşləri bunu birmənalı qəbul etməyiblər.
Onların fikrincə, müqəddəs Qurban bayramı günlərində belə bir paylaşım doğru deyil.
Paylaşımın altında təhqiramiz ifadələr yer alıb və klubun buna görə üzr istəməsi tələb olunub.
Bir çoxları “Barselona”nın rəsmi səhifəsini izləmədən çıxarıblar.
“Barselona” ev oyunlarını keçirdiyi “Kamp Nou” stadionunda da göyqurşağı rəngli bayraq asıb.








