featured-image-44731

“Malyorka”ya 1:0 hesabı ilə qalib gəldikləri İspaniya La Liqasının XXVIII tur matçı “Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen üçün əlamətdar olub.

Msport.az xəbər verir ki, almaniyalı qolkiper Kataloniya təmsilçisinin heyətində 400-cü oyununa çıxıb.

O, komandada bu göstəriciyə çatan üçüncü legionerdir. Təcrübəli oyunçu yalnız Lionel Messi (778 oyun) və Dani Alvesdən (408 oyun) geri qalır. Qapıçı meydana çıxdığı 399 matçda qapısından 388 qol buraxıb.

Qeyd edək ki, Mark-Andre 2014-cü ildən “Barselona”nın heyətində çıxış edir.

Bənzər xəbərlər