“Barselona”nın qapıçısı Çempionlar Liqası matçını buraxacaq
“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen “Portu”ya qarşı Çempionlar Liqasının qrup mərhələsinin V tur oyununu buraxacaq.
Msport.az “El Barça juga a RAC1″ə istinadən xəbər verir ki, 31 yaşlı qolkiper hələ də zədədən əziyyət çəkir. Almaniyalı oyunçunu bel ağrısı narahat edir və qapıçı noyabrın 27-də komanda ilə məşqə qatılmayıb.
Qeyd edək ki, “Barselona” – “Portu” görüşü noyabrın 28-də olacaq.







