featured-image-26029

“Barselona”nın prezidenti Joan Laporta bildirib ki, klubun qapıları həmişə Lionel Messinin üzünə açıqdır.

Msport.az “Relevo”ya istinadən xəbər verir ki, Kataloniya komandasının rəhbəri argentinalını klub tarixinin vacib oyunçusu kimi xarakterizə edib:

“Messi tarixin ən yaxşı futbolçusudur. O, “Barselona” tarixinin çox vacib oyunçusudur. Mən sözlərimdə bir az ehtiyatlı olmalıyam, axı Messi PSJ-nin üzvüdür və buna hörmətlə yanaşmalıyam.

Leo bilir ki, o, bizim ürəyimizdədir. O bizim emblemin bir hissəsidir.

“Barselona”nın prezidenti olanda heç də yaxşı vəziyyətlə üzləşmədim. Klubu bu durumdan çıxarmaq üçün istəmədiyim addımı atmaq məcburiyyətində idim. Messi ilə “Barsa”nın indiki münasibətlərini yaxşılaşdırmağın yolunu tapmalıyam.

Bilir ki, “Barsa”nın qapıları onun üzünə açıqdır”.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər