featured-image-62895

“Barselona” bir mövsümdə vurulan qollar sayında rekord qıra bilər.

Msport.az xəbər verir ki, La Liqanın XXVIII turunda “Atletiko”nu 4:2 hesabı ilə məğlub edən Hansi Flikin yetirmələri 43 oyunda 132 dəfə fərqlənib.

İspaniya futbolunda ən yüksək göstərici 2011-12 mövsümündə Pep Qvardiolanın rəhbərlik etdiyi “Barselona”ya məxsusdur. Həmin il komanda 64 görüşdə 190 qol vurmuşdu. Mövsümün sonuna kifayət qədər oyun qaldığından, “Barsa” hələ də rekorda çatmaq imkanına malikdir.

Qeyd edək ki, “Barselona” hazırda 60 xalla La Liqada turnir cədvəlinə başçılıq edir.

Bənzər xəbərlər