featured-image-69908

“Barselona” hazırda icarə əsasında komandada çıxış edən Markus Reşfordun transfer hüquqlarını almaqda maraqlıdır.

Msport.az xəbər verir ki, Kataloniya klubu bu keçidi yalnız müəyyən şərtlərlə reallaşdırmaq niyyətindədir.

İngiltərə millisinin hücumçusu 2025/26 mövsümünü “Barselona”da icarədə keçirir. Müqavilədə sonradan satınalma şərti də nəzərdə tutulub. “Barselona” 27 yaşlı futbolçunun hüquqlarını 30 milyon avroya almağa hazırdır. Ancaq “Mançester Yunayted” bu transferdən ən azı 40 milyon avro gəlir əldə etməyi planlaşdırır.

Reşford La Liqa təmsilçisinin heyətində bütün turnirlərdə keçirdiyi 6 oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər