featured-image-69273

“Barselona”nın sabiq futbolçusu Munir Əl Haddadi karyerasını İranda davam etdirəcək. Msport.az xəbər verir ki, 30 yaşlı oyunçu “İstiqlal”la müqavilə bağlayıb.

Mərakeşli vinger qarşıdakı iki ildə “İstiqlal”ın uğurları üçün çalışacaq.

Qeyd edək ki, Munir son olaraq “Leqanes”də çıxış edib. O, 2014-2018-ci illərdə “Barselona”nın heyətində 33 oyunda 5 qol vurub.

 

Bənzər xəbərlər