“Barselona”nın şikayəti ləğv edildi
Məhkəmə İspaniyanın “Barselona” klubunun apellyasiya şikayətini rədd edib.
Msport.az xəbər verir ki, Kataloniya klubunun “Nike” şirkəti ilə 2028-ci ilə qədər qüvvədə olan sponsorluq müqaviləsini ləğv etmək hüququ əlindən alınıb.
Məhkəmənin “Barselona”nın bu müqaviləni birtərəfli qaydada ləğv etmək hüququna malik olmadığı və belə bir xitamın qanuni sayıla bilməyəcəyinə qərar verib. “Barsa” “Nike” ilə reklam sponsorluğu müqaviləsinə əməl etmək məcburiyyətindədi.
Qeyd edək ki, “Barselona”nın prezidenti Joan Laporta bir müddət əvvəl sponsorluq sözləşməsini ləğv etmək istəyində olduqlarını açıqlamışdı.