featured-image-46731

İspaniyanın “Barselona” klubunun yay transfer dönəmi üçün planı müəyyənləşib.

Msport.az “Sport” nəşrinə istinadən xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin idman direktoru Deko açıqlama verib.

Klub rəsmisi qeyd edib ki, komanda yarımmüdafiəçi və cinah oyunçusu transfer edəcək. Bundan əlavə La Liqa təmsilçisi Joao Feliks və Joao Kanselonu birdəfəlik heyətlərinə qatmağı düşünür.

Daha əvvəl komandanın “Mançester Siti”nin üzvü Bernardo Silvanı transfer edəcəyi iddia olunurdu.

Bənzər xəbərlər