featured-image-48559

İspaniyanın “Barselona” klubunun baş məşqçi Xavi Ernandeslə vidalaşmasının səbəbi bəlli olub.

Msport.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

Mütəxəssis Kataloniya təmsilçisinin heyətindən narazı olduğunu bildirib və yeni transferlər istəyib. Klub rəhbərliyi isə onu istefaya göndərmək qərarına gəlib.

İddiaya görə, Xavi ilk olaraq mövcud futbolçularla işləməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, “Barselona” dünən baş məşqçi ilə vidalaşdığını açıqlamışdı.

Bənzər xəbərlər