featured-image-44558

“Barselona”nın yarımmüdafiəçiləri Frenki de Yonq və Pedrinin durumu dəqiqləşib.

Msport.az xəbər verir ki, hər iki futbolçu apreldən tez yaşıl meydanlara qayıda bilməyəcək.

De Yonq təxminən bir ay komandadan ayrı qalacaq. Niderland millisinin üzvünə topuğunun əzilməsi diaqnozu qoyulub. Pedri isə budunda problem yaşayır və aprelə qədər meydana qayıtmayacaq.

Qeyd edək ki, hər iki futbolçu İspaniya La Liqasının XXVII turunda “Atletik”lə keçirilən oyunda (0:0) zədələnib.

Bənzər xəbərlər