“Barselona” “Nou Kamp”a qayıdır
“Barselona” “Nou Kamp” stadionuna qayıdır.
Msport.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisi məlumat yayıb.
Noyabrın 7-də bu arenada futbolçuların açıq məşqi baş tutacaq. Hazırlıq prosesini təxminən 23 min tamaşaçının izləyəcəyi gözlənilir.
Qeyd edək ki, “Barselona” sonuncu dəfə 2022-23 mövsümündə bu arenada oynayıb. Daha sonra stadionda yenidənqurma işləri başlayıb.








