featured-image-52149

“Barselona” “Leyptsiq”in futbolçusu Dani Olmo ilə razılığa gəlib. Msport.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano paylaşım edib.

Mənbənin sözlərinə görə, Kataloniya klubu bu trasnferə 55 milyon avro + 7 milyon bonuslara görə ödəyəcək. Olmo ilə müqavilə 2030-cu ilin yayına kimi olacaq.

İspaniya millisinin üzvü ötən mövsüm bütün turnirlərdə 32 oyunda 13 qol vurub və 7 məhsuldar ötürmə verib. Onun “Leyptsiq”lə müqaviləsi 2027-ci ilin yayına kimidir.

Bənzər xəbərlər