“Barselona” Pedri ilə yeni müqavilə imzalamaq istəyir
“Barselona” futbolçusu Pedrini heyətində saxlamağa qərar verib.
Msport.az xəbər verir ki, İspaniya klubu 21 yaşlı yarımmüdafiəçi ilə yeni müqavilə imzalamaq niyyətindədir.
Tərəflər arasında danışıqlara start verilib. Klub rəhbərliyi gənc istedadla uzunmüddətli müqavilə imzalamağı planlaşdırır. Onun hazırkı anlaşması 2026-cı ilin yayında başa çatacaq.
Qeyd edək ki, Pedri mövsümün 13 matçında 3 qol və 2 assistə imza atıb.