“Barselona” onunlla vidalaşır
İspaniyanın “Barselona” klubu yarımmüdafiəçisi Oriol Romeunu satmaq istəyir.
Msport.az xəbər verir ki, Kataloniya təmsilçisi futbolçu üçün sərfəli təklif gözləyir.
32 yaşlı yarımmüdafiəçini qış fasiləsində 3 milyon avroya almağa cəhd edən “Beşiktaş” yenə mübarizə aparır. Həmçinin “Jirona” da Romeunu qaytarmaqda maraqlıdı. İspaniyalı özü İspaniyada qalmaq istəyir. Bu üzdən ikinci variant onun üçün daha yüksək prioritet olacaq”.
Qeyd edək ki, Oriol Romeu 2022-23 mövsümündə “Jirona”da çıxış edib.