featured-image-20475

“Barselona” İspaniya superkubokunun yarımfinalında “Betis”ə qalib gəlməklə həlledici oyunda iştirak hüququ qazanıb.

Msport.az xəbər verir ki, Kataloniya təmsilçisi bu qələbə sayəsində öz rekordunu yeniləyib.

Belə ki, “Barselona” tarixində 25-ci dəfə superkubok uğrunda görüşə çıxacaq. Eyniadlı şəhərin komandası finalda bu baxımdan ən yaxın izləyicisi olan “Real”la (superkubokda 18 final) üz-üzə gələcək.

Xatırladaq ki, heç-heçə nəticələnən “Barselona” – “Betis” matçında (2:2) qalib penaltilər seriyasında müəyyənləşib – 4:2.

“Barselona” ilə “Real” arasındakı final matçı yanvarın 15-də Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçiriləcək.

Bənzər xəbərlər