featured-image-23215

“Barselona”nın yarımmüdafiəçisi Pedri “Mançester Yunayted”lə Avropa Liqasının pley-off oyununda (2:2) zədə alıb.

Msport.az xəbər verir ki, 20 yaşlı futbolçu 41-ci dəqiqədə əvəzlənib. Pedri bu gün tibbi müayinədən keçdikdən sonra məlum olub ki, sağ ayağının arxa bud sümüyü zədələnib. O, qarşıdakı 6 oyunda komandasına kömək edə bilməyəcək.

Pedrinin “Real”la martın 19-da keçiriləcək El Klasikodan əvvəl məşqlərə başlayacağı gözlənilir.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər