featured-image-84153

“Barselona”nın prezidenti Joan Laporta komandanın hücumçusu Lamin Yamalın 2026-cı ilin “Qızıl top” mükafatını qazana bilməməsinə münasibət bildirib.

Msport.az xəbər verir ki, klub rəhbəri ispaniyalı futbolçunun fərdi istedadına və qazandığı titullara görə bu mükafata layiq olduğunu düşünür.

“Biz hesab edirik ki, Lamin Yamal fərdi istedadına və qazandığı titullara görə “Qızıl top”a layiqdir. O, çox həvəslidir və biz onun adına həqiqətən təəssüflənirik. Biz heç nə bilmirdik. Təşkilatçılar çox məxfi davranırlar və bütün bunlar sonadək sirr olaraq qaldı”, – deyə Laporta bildirib.

Qeyd edək ki, ardıcıl üçüncü dəfə ilin ən yaxşı gənc futbolçusu seçilən Yamal “Qızıl top” səsverməsində üçüncü yeri tutub. Ötən il ikinci olmuş “Barselona”nın futbolçusu bu dəfə Kilian Mbappe və qalib Harri Keyndən geri qalıb.

Bənzər xəbərlər