featured-image-84161

“Bavariya”nın baş məşqçisi Vensan Kompani həftələrlə komandanı çalışdıra bilməyəcək.

Msport.az xəbər verir ki, Münhen klubunun idman direktoru Maks Eberl bildirib ki, Kompaninin vəziyyəti stabildir.

O, müayinələrin tamamlanması üçün bir neçə gün də xəstəxanada qalacaq. Eberlin sözlərinə görə, həkimlər belçikalı mütəxəssisin səhhətindəki problemin səbəbini müəyyənləşdirməyə çalışırlar. İlkin müayinələr müəyyən nəticələr versə də, dəqiq diaqnoz və bərpa müddəti ilə bağlı əlavə məlumatlara ehtiyac var.

O bildirib ki, Kompani yalnız səhhəti tam bərpa olunduqdan sonra işinə qayıdacaq. Həmin müddətdə “Bavariya”nın məşqçilər heyəti komandanın hazırlığına və oyunlarla bağlı işlərə rəhbərlik edəcək.

Bənzər xəbərlər