Millimiz İnkişaf Turnirini qələbə ilə başa vurdu
15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Maltada təşkil olunan UEFA İnkişaf Turnirində sonuncu oyununu keçirib.
Msport.az xəbər verir ki, Litva yığması ilə qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Aleksandr Qrossun rəhbərlik etdiyi Azərbaycan komandasının heyətində Zəfər İbrahim fərqlənib. Penaltilər seriyasında 2:1 hesabı ilə üstün olan yığma turniri qələbə ilə başa vurub.
Qeyd edək ki, Azərbaycanın U-15 millisi turnirdəki ilk matçında Latviyaya 0:3, ikinci görüşündə isə Maltaya 0:1 hesabı ilə məğlub olub.







