"Barselona" prezidentindən "Real"a sərt ittihamlar: "Rejimin klubu olublar"
“Barselona”nın prezidenti Joan Laporta “Neqreyra işi” ilə əlaqədar bu dəqiqələrdə mətbuat konfransı keçirir. Msport.az xəbər verir ki, Kataloniya klubunun rəhbəri media ilə görüşündə “Real” barədə sərt fikirlər səsləndirib:
“Mən məhkəmə prosesində ittihamçı tərəf kimi çıxış edən klubu vurğulamaq istərdim. Hansı ki, bu kluba həmişə hakimlər dəstək olublar. Rejimin komandası (diktator Fransisko Frankonun idarəçili dövrü nəzərdə tutulur – red) hesab olunublar və hər zaman siyasi və iqtisadi elitaya yaxınlıqları ilə seçiliblər.
Xatırlatmaq yerinə düşər ki, 70 il ərzində Hakimlər Komitəsinin əksər prezidentləri “Real”ın sabiq rəhbərləri, futbolçuları vƏ ya əməkdaşları olublar. Bu həmin adamlardır ki, 70 il ədaləti təmin etməli olan insanların təyinatını həyata keçiriblər”.
ANAR







