“Barselona” “Qızıl top” qazanan futbolçu ilə müqaviləni uzatdı
İspaniyanın “Barselona” klubu qadın futbolçusu Aytan Bonmati ilə müqavilənin müddətini uzadıb.
Msport.az-ın məlumatına görə, yeni sözləşməyə əsasən 26 yaşlı oyunçu 2028-ci ilin yayınadək Kataloniya təmsilçisinin formasını geyinəcək.
Aytan “Barselona”da 275 oyun keçirib və 96 qol vurub. O, klub tarixinin bombardiridir.
Qeyd edək ki, “Barselona”da 23 kubok qazanan futbolçu ötən il “Qızıl Top” mükafatına da sahib çıxıb.