featured-image-27213

“Barselona” ilə “Real” arasında İspaniya kubokunun yarımfinal oyununu televiziya vasitəsi ilə  5,5 milyon nəfər izləyib.

Msport.az “As”a istinadən xəbər verir ki, bu ümumi teleauditoriyanın 40,7 faizi olub. Canlı yayımın pik anında izləyicilərin sayı 6,3 milyon nəfərə (43,3 faiz) yüksəlib.

Dünənki oyun İspaniyada il ərzində ən populyar ikinci teleyayım olub. Birinci sırada bundan əvvəl keçirilmiş el klasikodur.

Xatırladaq ki, “Real” səfərdə “Barselona”nı 4:0 hesabı ilə məğlub edərək finala çıxıb. Madrid klubu həlledici oyunda “Osasuna” ilə üz-üzə gələcək.

ANAR 

Bənzər xəbərlər