“Barselona” rəhbərliyi bu həftə Xavinin taleyini müzakirə edəcək
İspaniyanın “Barselona” klubunun prezidenti Joan Laporta və idman direktoru Deku dekabrın 14-də işgüzar görüş keçirəcək.
Msport.az “Football Espana” nəşrinə istinadən xəbər verir ki, funksionerlər komandanın son nəticələri və baş məşqçi Xavi Ernandesin gələcəyini müzakirə edəcəklər.
İddiaya görə, onlar 43 yaşlı mütəxəssisi əvəzləyə biləcək namizədləri də nəzərdən keçirəcəklər.







