“Barselona” tanınmış brendlə əməkdaşlığı dayandırır
“Barselona” “Nike” idman brendi ilə işgüzar əlaqələri kəsməyə hazırlaşır.
Msport.az “sport.es”ə istinadən xəbər verir ki, klub rəhbərliyi ABŞ şirkəti ilə sponsorluq müqaviləsindən əldə edilən gəlirin səviyyəsindən narazıdır.
İddiaya görə, “Nike” ilə əməkdaşlıq Kataloniya təmsilçisinə hər mövsüm büdcəsini 155 milyon avro artırmağa imkan verir. Lakin rəhbərlik bu məbləğin aşağı olduğunu düşünür. Kataloniyalılar sponsorluq müqaviləsinin şərtlərinə yenidən baxılacağı təqdirdə, məşhur brendlə əməkdaşlığı daham etdirməyə hazırdır.
Hazırda “New Balance” brendi “Barselona”nın yeni tərəfdaşı olmağa maraq göstərir.
Kataloniya klubu həm də “Nike”ın verdiyi bəzi dizayn qərarlarından və oyunçularla işləməyə yanaşmasından narazıdır.







