featured-image-22859

“Barselona” İspaniya La Liqasının 21-ci turunda “Vilyarreal”ı 1:0 hesabıyla məğlub edib.

Msport.az xəbər verir ki, Kataloniya təmsilçisi cari mövsümdə 1:0 hesablı yeddinci qələbəsini qazanıb.

Nəticədə, klub tarixindəki rekord göstərici təkrarlanıb. Bundan əvvəl “Barsa” 1995/96 və 1996/97 mövsümlərində də 1:0 hesabı ilə 7 qələbəyə sevinib. Cari mövsümdə daha bir 1:0 hesablı qələbə qazanılsa, bu, mütləq rekorda səbəb olacaq.

Kataloniya təmsilçisi hazırda İspaniya çempionatının turnir cədvəlində 56 xalla liderdir.

Bənzər xəbərlər