Barselona təmsilçisi baş məşqçisiz qaldı
“Espanyol” baş məşqçisi Dieqo Martineslə yollarını ayırıb.
Msport.az xəbər verir ki, 42 yaşlı mütəxəssis Barselona təmsilçisiylə qarşılıqlı razılaşma əldə edərək tutduğu postdan kənarlaşdırılıb.
“Espanyol” hazırda İspaniya La Liqasında 27 oyundan sonra 27 xalla 17-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Martines 2022-ci ilin mayından “Espanyol”u çalışdırırdı.
Royal Türksoy







