“Barselona” üçün “Nike” dövrü başa çatır
“Barselona” texniki partnyorunu dəyişə bilər.
Msport.az xəbər verir ki, kataloniyalılar uzun müddətdir ki, “Nike” şirkəti ilə əməkdaşlıq edir, lakin son vaxtlar tərəflər arasında münasibətlər soyuyub.
Hazırda “Puma” şirkəti mövcud vəziyyətdən yararlanmağı planlaşdırır. Tərəflər arasında 2025/26 mövsümü üçün mümkün müqavilə haqda danışıqlar davam edir.
Hazırda son İspaniya çempionu kimi çıxış edən “Barselona” turnir cədvəlində 3-cü yerdədir.