“Barselona”da şok itki – Levandovski El-Klasikonu buraxacaq
“Barselona” İspaniya Kubokunun final oyununa ciddi itki ilə çıxacaq.
Msport.az xəbər verir ki, Kataloniya klubunun əsas “qol silahı” Robert Levandovski “Real”la matçı buraxacaq. Polşalı hücumçu zədə səbəbindən El-Klasikoda iştirak etməyəcək.
Əvəzində zədəsini tam olaraq sağaldan qapıçı Andre Ter-Ştegen heyətə daxil edilib.
Qeyd edək ki, qarşılaşma aprelin 27-də keçiriləcək.